QİÇSin müalicəsi tapıldı


Digərləri 05 Mar 2019 20:16:00 412 0

QİÇSin müalicəsi tapıldı

Böyük Britaniyada QİÇS-dən əziyyət çəkən pasiyent kök hüceyrəsinin köçürülməsi sayəsində sözügedən ölümcül xəstəlikdən qurtulub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Nature" nəşrində elmi məqalə dərc olunub.

Kliniki sınaqlarda könüllü olaraq iştirak etmiş xəstənin qanında 18 aydır ki, QİÇS alamətləri izlənilmir və o, artıq HİV-ə qarşı həblər qəbul etmir.

Habelə tədqiqatçılar onun tam olaraq HİV-dən azad olduğunu deməyin hələ çox erkən olduğunu hesab edir.

Ekspertlər QİÇS-in müalicəsinə bu innovativ praktikanın heç də bütün HİV xəstələrinin müalicəsində keçərli olmadığını etiraf etsə də, tədqiqatın nəticəsinin bu ölümcül xəstəliyə qarşı effektiv dərmanın hazırlanmasına kömək edəcəyini hesab edir.