Pakistan ordusu Hindistanın sualtı hücumunun qarşısını aldı


Dünya 05 Mar 2019 20:20:00 178 0

Pakistan ordusu Hindistanın sualtı hücumunun qarşısını aldı

Pakistanın hərbi-dəniz qüvvələri Hindistana aid sualtı qayığın dövlətin su sərhədlərini pozmaq cəhdinin qarşısını alıb.

Son.az Oxu.az-a istinadən bildirir ki, sualtı-qayıq vaxtında aşkarlandığından geri çəkilməyə məcbur olub.

Nəşrə görə, Hindistana aid sualtı qayığın aşkarlanması üçün Pakistan tərəfinin öz "submarin"lərindən istifadə etməməsi ölkənin Hərbi Dəniz Qüvvələrinin üstünlüyündən xəbər verir.

Sonuncu dəfə Pakistan sularında analoji insident 2016-cı ildə yaşanmışdı.