SOCAR-da məşhur neftçi Usta Pirinin 150 illik yubileyi qeyd olunub (FOTO)


Digərləri 05 Mar 2019 20:09:57 261 0

SOCAR-da məşhur neftçi Usta Pirinin 150 illik yubileyi qeyd olunub (FOTO)

SOCAR Tower-də məşhur qazma ustası, neft sənayemiz tarixində mühüm yer tutan Dostməmməd oğlu Quliyevin (Usta Pirinin) 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bakı. SOCAR Tower-də məşhur qazma ustası, neft sənayemiz tarixində mühüm yer tutan Dostməmməd oğlu Quliyevin (Usta Pirinin) 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Şirkətdən Trend-ə verilən məlumata görə, tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, tanınmış qazma mütəxəssisləri və Usta Pirinin qohumları iştirak ediblər. Usta Piri haqqında hazırlanmış film nümayiş etdirilmiş, Prezidentin fərdi təqaüdçüsü Rafiq Abdullayev, 1885-ci ildən Bakı Neft şirkətində çalışmış Usta Piri və onun əmək fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “İyirminci əsrin əvvəlində dünyada neftə olan tələbatın yarısından çoxunu təmin etmiş, İkinci dünya müharibəsində isə faşizm üzərində qələbənin əldə edilməsində xüsusi rol oynamış Azərbaycan neft sənayesinin inkişaf salnaməsində Piri Quliyev kimi əfsanəvi neftçilərimizin fəaliyyəti əhəmiyyətli yer tutur. Xalqımızın Usta Piri kimi zəhmətkeş övladları qədim tarixə malik olan Azərbaycanın neft sənayesini təcəssüm etdirir. Onların əzmkar ruhu, uca amalları bu gün də SOCAR-da çalışan gənc Azərbaycan neftçilərinin fədakar və yorulmaz fəaliyyətində yaşamaqdadır.”