Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün qaz mənbələrinin siyahısını genişləndirə bilər


Digərləri 05 Mar 2019 19:50:00 248 0

Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün qaz mənbələrinin siyahısını genişləndirə bilər

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi üçün Azərbaycanın "Şəfəq-Asiman" və "Ümid-Babək" kimi yataqlarından istifadə oluna bilər.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəyli bildirib ki, "Cənub Qaz Dəhlizi"ni iki istiqamətdə genişləndirmək olar:

"Birinci istiqamət təkcə "Şahdəniz" deyil, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin operatoru olduğu "Şəfəq-Asiman" və "Ümid-Babək" və digər yataqlar kimi qaz ehtiyatlardır. İkinci istiqamət isə üçüncü ölkələrin qaz resurslarıdır. Bu məsələ həmin ölkələrin istək və maraqlarından asılıdır".