"Starıy" ləqəbli çeçen canlı efirdə Azərbaycan xalqından üzr istədi


Dünya 05 Mar 2019 19:56:00 232 0

"Starıy" ləqəbli çeçen canlı efirdə Azərbaycan xalqından üzr istədi

Çeçen xalqına mənsub Mansur Starıy ləqəbli şəxs canlı yayımda azərbaycanlılardan dediyi sözlərə görə üzr istəyib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, azərbaycanlılarla çeçenlər arasında heç vaxt münaqişə baş vermədiyini bildirən Mansur Starıy baş verən hadisələri ermənilərin təxribatı adlandırıb.

O qeyd edib ki, bütün Azərbaycan xalqından dərindən üzr istəyir:

"Öz adından və çeçen xalqının adından bütün Azərbaycan xalqından üzr istəyirəm. Ermənilərə demək istəyirəm ki, mənim nifrətim yalnız özgə torpağını işğal edənlərə və soyqırımı törədənlərədir. Bütün azərbaycanlılara salam olsun".