ARNDF ötən ilin yekunları üzrə göstəricilərin gec açıqlanması ilə bağlı fikirlərə münasibət bildirib


Digərləri 05 Mar 2019 19:48:41 212 0

ARNDF ötən ilin yekunları üzrə göstəricilərin gec açıqlanması ilə bağlı fikirlərə münasibət bildirib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin yekunları üzrə göstəricilərinin açıqlanmasının gecikdirilməsi ilə bağlı fikirlərə münasibət bildirib.

Bakı. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin yekunları üzrə göstəricilərinin açıqlanmasının gecikdirilməsi ilə bağlı fikirlərə münasibət bildirib. ARDNF-dən Trend-ə verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində investisiya idarəetmə sahəsində heç bir təcrübəyə malik olmayan, qlobal maliyyə bazarlarındakı son trendləri izləməyən və səhm bazarlarındakı mövcud vəziyyəti araşdırmayan, suveren fondların investisiya fəaliyyətinin necə reallaşdırıldığı, onların investisiya fəaliyyətlərinin nəticələri və ümumiyyətlə portfel idarə edilməsi sahəsində məlumatsız bəzi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARNDF) 2018-ci ilin yekunları üzrə göstəricilərinin açıqlanmasının gecikdirilməsi və buna səbəb olaraq Fondun vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində investisiya portfelinin gəlirliliyinin az olması barədə səsləndirilən əsassız fikirlər yer almaqdadır. ARDNF bildirir ki, hər ilin sonunda ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi və auditi aparılır və bütün bu məlumatlar yalnız qeyd olunan proseslər yekunlaşdıqdan sonra açıqlana bilər. Eyni zamanda ARDNF-nin fəaliyyəti barədə Fondun İcraçı direktorunun müsahibə və çıxışları zamanı gəlirliliyin az olmasına birbaşa təsir edən amillər və bunun hansı səbəblərdən qaynaqlandığı barədə məlumatlar ictimaiyyətə açıqlanmışdır. ARDNF gəlirliliyinə dair açıqlamasını bir daha təqdim edir: