Hindistan Su30lara İsrail bombaları yerləşdirir


Dünya 05 Mar 2019 19:36:00 194 0

Hindistan Su30lara İsrail bombaları yerləşdirir

Hindistan çoxməqsədli Su-30MKİ qırıcılarını İsrailin yüksək dəqiqliyə malik Spays-2000 bombaları ilə təchiz edəcək.

MilliAz axar.az-a istinadən xəbər verir ki, bu barədə ANİ agentliyi informasiya yayıb.

"Hazırda düşmən mövqelərinə sözügedən bombaları atmaq imkanlarına sahib yeganə təyyarəmiz Miraj-2000-lərdir. İndi isə biz Hərbi Hava Qüvvələrimizin atəş gücünü yüksəltmək üçün bu bombaları Su-30MKİ qırıcılarına quraşdırırıq", - agentlik Hindistan ordusunun yüksək rütbəli rəsmisinə istinadən yazıb.