Nazir: "Cəlil Məmmədquluzadə və Tağıyevə heykəllərin ucaldılması üçün müsabiqə elan ediləcək"


Kriminal 05 Mar 2019 19:26:00 245 0

Nazir: "Cəlil Məmmədquluzadə və Tağıyevə heykəllərin ucaldılması üçün müsabiqə elan ediləcək"

Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması üçün müsabiqə elan ediləcək.

Son.az bildirir ki, Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə müzakirə edilən məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

Nazir dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atıldığını bildirib:

"Görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması idi. Hazırda bu məsələ ilə bağlı müzakirə aparılır".


Xəbərə aid fotolar