“Quli” Lənkəranskinin qohumunun obyektini ələ keçirdi


Kriminal 05 Mar 2019 19:00:00 209 0

“Quli” Lənkəranskinin qohumunun obyektini ələ keçirdi

"Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiyanın böyük obyektlərindən biri hesab olunan "Fud Siti" aqroklasterinə nəzarəti ələ keçirib.

Son.az Qafqazinfo-ya istinadən bildirir ki, "Fud Siti" daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi. 

Qeyd olunur ki, "Quli"nin aqroklateri ələ keçirməsi onu Lənkəranskinin qətlini sifariş edən şübhəli şəxs kimi daha da gücləndirib. Mafiya klanlarının Lənkəranskinin paytaxtdakı səhmləri uğrunda mübarizəsi məhz Rövşənin ölümündən sonra başlayıb. O zamanlar Azərbaycanda həbsxanada olan Səlifov öz emissarları vasitəsilə Canıyevin Moskvadakı obyektlərini zəbt etməyə başlayıb.