Ötən il Azərbaycan 96 əcnəbinin adını "qara siyahı"ya salıb


Digərləri 05 Mar 2019 18:44:00 222 0

Ötən il Azərbaycan 96 əcnəbinin adını "qara siyahı"ya salıb

Ötən il ərzində Azərbaycan Respublikasının xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər edən 96 xarici ölkə vətəndaşının adı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"na daxil edilib.

Son.az Report-a istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, həmin şəxslərin ölkəyə girişinə qadağa qoyulub və onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müvafiq tədbirlər görülüb.