"İranın ali lideri həmişə Azərbaycan xalqı və dövlətinin..."


Dünya 05 Mar 2019 18:34:00 212 0

"İranın ali lideri həmişə Azərbaycan xalqı və dövlətinin..."

Mənim bildiyim qədəri ilə, İranın ali lideri ayətullah Əli Xamneyi həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub və olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman mətbuat konfransında deyib.

İ.Türkmanın sözlərinə görə, İranın ali lideri həmişə Azərbaycan xalqına mehribanlığını nümayiş etdirib, hazırda da onun münasibətində heç bir dəyişiklik yoxdur.

İranlı rəsmi əlavə edib ki, Paşinyanın Tehranda yaşayan bir qrup erməni ilə görüşündə asılan plakat və səslənən şüarlar son günlər Azərbaycanla münasibətlərə dair narahatlığa səbəb olub: