18 dövlət əmlakına 43 sifariş verildi - HƏRRAC (FOTO)


Digərləri 05 Mar 2019 18:30:00 206 0

18 dövlət əmlakına 43 sifariş verildi - HƏRRAC (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, müxtəlif kateqoriyalı cəlbedici dövlət əmlakları budəfəki hərracda da vətəndaşların marağına səbəb olub. Prosesdə iştirak etmək istəyən şəxslər tərəfindən 18 dövlət əmlakına ümumilikdə 43 sifariş verilib. Dövlət əmlakı və sifariş sayı arasındakı fərqlə hərrac rəqabətli mühitdə keçib. Komitənin elektron resurslarından dövlət əmlakları üzrə seçim edən vətəndaşlardan 5-i onlayn formada sifariş verərək hərracda iştirak statusu qazanıb. Qeyd edək ki, hərracda özəlləşdirilən dövlət əmlaklarından 3-ü kiçik dövlət müəssisəsi, 4-ü qeyri-yaşayış sahəsi, 10-u nəqliyyat vasitəsi, digəri isə yarımçıq tikilidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsindəki “Tələbə” İcarə Müəssisəsidir. Obyektin ümumi faydalı sahəsi 279.2 kv.m, birlikdə özəlləşdirildiyi torpaq sahəsi isə 320.8 kv.m-dir. Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının isə ümumi faydalı sahəsi 119 kv.m-dir. Bu dövlət obyekti də iştirakçı tərəfindən torpaq sahəsi ilə birgə özəlləşdirilib.