Bərpa olunan enerji üzrə qanunvericiliyin hazırlanmasında dövlətlə özəl sektorun əməkdaşlığı müzakirə edilib (FOTO)


Digərləri 05 Mar 2019 18:22:00 187 0

Bərpa olunan enerji üzrə qanunvericiliyin hazırlanmasında dövlətlə özəl sektorun əməkdaşlığı müzakirə edilib (FOTO)

Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığına dair növbəti dəyirmi masa keçirilib.

Bakı. Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığına dair növbəti dəyirmi masa keçirilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Samir Vəliyev bildirib ki, hazırda bərpa olunan enerji sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, enerji alqı-satqı müqavilələrinin, hərrac mexanizmlərinin hazırlanması istiqamətində mühüm addımlar atılır və investorların maraqlarının təmin edilməsi, risklərin qiymətləndirilməsi ilə bağlı təkliflər nəzərə alınaraq tədbirlər görülür. DNV-GL şirkətinin eksperti İlka Levinqton isə bərpa olunan enerji sahəsində müvafiq normativ hüquqi aktların hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib. O, zəmanətli tarif sisteminin, vergi və gömrük güzəştlərinin tətbiqini, bərpa olunan enerji ilə bağlı layihələrə dəstəyi vacib sayıb.