Miroslav Layçak: "ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə qəbul edilmiş formatdır"


Siyasət 05 Mar 2019 16:39:00 208 0

Miroslav Layçak: "ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə qəbul edilmiş formatdır"

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə qəbul edilmiş formatdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, ATƏT-də sədrlik edən Slovakiya münaqişənin həllini dəstəkləyir:

"ATƏT Minsk qrupu danışıqlarda qəbul olunan yeganə formatdır və hər bir dəyişiklik razılaşdırılmalıdır".