Braziliyalı futbolçu: "Neymar mundialda iyrənc oynadı"


İdman 05 Mar 2019 16:31:00 269 0

Braziliyalı futbolçu: "Neymar mundialda iyrənc oynadı"

Braziliya milisinin və Corinthians-ın sabiq qolkiperi Neto PSG-nin forvardı Neymarı tənqid edib.

Goal.az xəbər verir ki, eks-qapıçı həmyerlisini “əzilmiş adam” adlandırıb: “Deyirlər ki, Neymar istedadlı futbolçudur. Siz Messinin Real-a qarşı necə oynadığını gördünüz? Argentinalının Sevilla matçında nələr elədiyini xatırlayın. 33 yaşlı Ronaldonun Juventus-u hansı səviyyəyə qaldırdığını kim inkar edə bilər? Portuqaliyalı İtaliyada bombardirdir. Neymar futbolçu deyil, tanınmış bir insandır. Amma əzilib. Onun haqqında belə danışmağa heç kimin cəsarəti çatmır. Qorxurlar ki, Neymarın atası inciyər. Braziliya millisi dünya çempionatında Neymara görə uduzdu. Mundialda iyrənc oyun sərgilədi”.

Xatırladaq ki, Neto Braziliya millisi ilə 1988-ci ildə keçirilən Olimpiadanın gümüş medalını qazanıb. Eyni uğuru 3 il sonra Amerika kubokunda təkrarlayıb. Neymar millinin şərəfini qoruduğu 96 matçda 60 qol vurub.