Əbülfəs Qarayev Afət Fərmanqızının mahnısından danışdı:


Digərləri 05 Mar 2019 16:04:00 241 0

Əbülfəs Qarayev Afət Fərmanqızının mahnısından danışdı:

Mədəniyyət naziri Əbülfəs Qarayev ifaçı Afət Fərmanqızının Nəsiminin qəzəlinə mahnı oxumasına münasibət bildirib.

Son.az "report"a istinadən xəbər verir ki, nazir yaradıcı şəxslərə belə məsələlərə həssaslıqla yanaşmağı tövsiyyə edib.

O bildirib ki, nüfuzlu insanların, ədiblərin yaratdığı dahi əsərlərin müasir tərzdə təqdim olunmasında maraqlıdırlar, amma bu zaman keyfiyyətə ciddi nəzarət olmalıdır: "Hər bir insanın yaradıcılıq qabiliyyəti onun dünyagörüşündən, ifasından və əsəri təsvir etməsindən bilinir. Elə əsərlər olur uğurlu alınır, bəziləri isə əksinə olur. Uğursuz olanda cəmiyyət tərəfindən ciddi tənqidə məruz qalır. Ölkəmizin böyük tarixi, ədəbi, incəsənətlə bağlı olan mirası var. Bunun müasir şəkildə yeni formalarda təbliğinə maraqlıyıq. Amma yaradıcı insanlar bu işdə ciddi, məsuliyyətli olmalıdırlar".