Avropa İttifaqı Türkmənistanda nümayəndəlik açır


Dünya 05 Mar 2019 16:09:00 196 0

Avropa İttifaqı Türkmənistanda nümayəndəlik açır

Türkmənistan Xarici İşlər Nazirliyində Avropa İttifaqının (Aİ) Türkmənistandakı nümayəndəliyinin (iqamətgahı Ankarada) rəhbəri Kristian Berqerlə görüş olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, tərəflər yaxın gələcəkdə Aİ-nin Türkmənistanda nümayəndəliyinin açılması məsələsini müzakirə ediblər.

Görüşdə siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın müsbət inkişafı qeyd olunub.