“Uğursuzluğun qurbanı oldum”


İdman 05 Mar 2019 15:22:00 276 0

“Uğursuzluğun qurbanı oldum”

Milan-da icarə əsasında oynayan Chelsea-nın yarımmüdafiəçisi Temue Bakayoko İtaliya klubuna keçidindən danışıb.

Goal.az Mirror nəşrinə istinadən xəbər verir ki, futbolçu indiki klubunda xoşbəxt olduğunu deyib.

Chelsea-nın vəziyyəti yaxşı deyildi. Uğursuzluğun qurbanı oldum. Sarri gələndən sonra yarımmüdafiəçi Jorjinyonu aldılar. Artıq burada mənə yer yox idi. Chelsea-dan yalnız Milan-a görə ayrıla bilərdim. Uşaqlıqdan bu klubda oynamağı arzulayırdım. Milan-a icarəyə verilməyim sanki ilahi bir göstəriş idi. Şansım gətirdi. Özümü xoşbəxt sayıram”,- Bakayoko deyib.