Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “Malış” ləqəbli şəxs kimdir? FOTO


Digərləri 05 Mar 2019 15:48:00 279 0

Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “Malış” ləqəbli şəxs kimdir?  FOTO

2016-ci ilin aprel döyüşləri xalqımızın milli vətənpərvərlik dastanına qızıl hərflərlə yazılan tarixi günlərdəndir.

Aprel döyüşləri düşmənin yüzlərlə zabit, əsgəri və onlarla texnikasının məhv edilməsilə yanaşı, bir sıra strateji postların geri qaytarılması ilə nəticələndi. Döyüşlər ölkədə güclü həmrəyliyin yaranmasına təkan verdi. Düşmənin təxribatlarına qarşı xaricdə diaspor təşkilatlarımız aksiyalar, mitinqlər təşkil etdilər. Soydaşlarımız Ermənistan səfirlikləri qarşısında öz etirazlarını bildirirdilər. Belə soydaşlarımızdan biri də İspaniyada yaşayan Vahid İmanovdur.

Son.az bildirir ki, Vahid İmanov 15 ilə yaxındır ki, İspaniyada yaşayır. 10 ilə yaxındır ki, Tikinti Sığorta Firmasinda baş mühəndis vəzifəsində çalışır. Bir zamanlar əlinə silah alıb düşmənə qarşı döyüşən könüllülərdən olub. 1976-ci ilin 17 yanvar tarixində Ağsu rayonu Nuran kəndində anadan olub. Qarabağ döyüşlərinin alovlandığı bir vaxtda orta məktəbdə təhsilini yarımçıq qoyaraq, 1992-ci ilin dekabr ayında Füzuli bölgəsinə yollanıb. "Vətənimiz üçün döyüşmək hər birimizin borcudur. Füzuli, Horadizdə döyüşlərdə iştirak edirdik. Yaşım az olduğu üçün məni "Malış" ləqəb ilə çağırırdılar. Hərbi hissə komandirimiz polkovnik Şair Ramaldanov, tabor komandiri Tariyel Qəhrəmanov idi. Ağır döyüşlərdə iştirak edirdik.


Xəbərə aid fotolar