Ankara və İstanbulda “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək


Digərləri 05 Mar 2019 15:31:00 199 0

Ankara və İstanbulda “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək

Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək.

Bakı. Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək.