Əfsanəvi Tomas Andersin Heydər Əliyev Mərkəzində konserti olacaq


Digərləri 05 Mar 2019 15:30:00 199 0

Əfsanəvi Tomas Andersin Heydər Əliyev Mərkəzində konserti olacaq

Mayın 7-də Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir.

"You're My Heart, You're My Soul" ("Sən mənim qəlbimsən, sən mənim ruhumsan") sinqlı 81 ölkədə birinci olub. "Modern Talking" qrupu fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib.