Allahşükür Paşazadə: "Bu gün xaricdə bəzi insanlar Azərbaycana zərbə vurmaq istəyirlər"


Digərləri 05 Mar 2019 14:29:00 215 0

Allahşükür Paşazadə: "Bu gün xaricdə bəzi insanlar Azərbaycana zərbə vurmaq istəyirlər"

Bu gün xaricdə bəzi insanlar Azərbaycana zərbə vurmaq istəyirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə keçirdiyi brifinqdə deyib.

O, dövlətimizi müdafiə etmək üçün insanların fəal olmasını da vacib sayıb:

"Haqqı eşidib onu müdafiə etməmək özü də bir günahdır. Bu gün biz dövlətimizi necə qoruyuruq? Ölkəni müdafiə etmək təkcə onu silahla qorumaq anlamına gəlmir. Dövləti müdafiə etmək həm də dövləti, dövlət rəhbərinin fikirlərini müdafiə etmək, onun dediklərini yerinə yetirməkdir".