Deputat: Fəxrəddin Abbasov kimi xainlər məsuliyyətə cəlb olunmalıdır ki, digərləri də nəticə çıxarsın


Digərləri 05 Mar 2019 13:17:00 184 0

Deputat: Fəxrəddin Abbasov kimi xainlər məsuliyyətə cəlb olunmalıdır ki, digərləri də nəticə çıxarsın

Fəxrəddin Abbasov kimi xainlər məsuliyyətə cəlb olunmalıdır ki, digərləri də nəticə çıxarsın.

Bakı. Elçin Mehdiyev – "Bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olundu. Əminəm ki, o, Azərbaycana xəyanət etdiyinə görə öz layiqli cəzasını alacaq". Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Bir müddət bundan öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşa olunduğunu xatırladan Q.Həsənquliyevin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bu insanlar digərlərinin də nəticə çıxarması üçün məsuliyyətə cəlb olunmalıdırlar. Deputat çıxışı zamanı, həmçinin ombudsmanın ermənilər tərəfindən təqib olunan azərbaycanlı bloqerlərin hüquqlarının qorunması istiqamətində addım atmasını təklif edib. Q.Həsənquliyev tikiniti şirkətlərinin bir mənzili çoxlu sayda insanlara satması məsələsinə də toxunaraq qeyd edib ki, tikinti şirkətlərinə notariat qaydada rəsmiləşdirmədən ev satmaq qadağa edilməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin