Qəzada ölən azərbaycanlı müğənninin


Digərləri 05 Mar 2019 12:45:00 198 0

Qəzada ölən azərbaycanlı müğənninin

Anası ilə faciəvi şəkildə ölən azərbaycanlı müğənninin qəzadan öncəki FOTOsu

2005-ci ilin dekabrın 4-ü tarixində avtomobil qəzası nəticəsində dünyasını dəyişən məşhur müğənni Şəfa Hüseynovanın xatirəsi "Şou ATV"də yad edilib.

Son.az xəbər verir ki, anası ilə eyni qəzada ölən mərhum müğənni haqda qardaşı Zöhrab danışıb:

"Mən işdə idim. Böyük bacım zəng vurdu ki, "Zöhrab, Səxavət indi zəng vurdu ki, qəza törətmişəm" dedi telefonu söndürdü. Yığıram götürən yoxdur. Sonra zəng etdi ki, narahat olma, hər şey yaxşıdır. Necə getmişik hadisə yerinə, biz ora gedincə onları "Musa Nağıyev" adına xəstəxanaya yerləşdiriblər.

Saatlı rayonundan qohum toyundan gəlirdilər. Bir gün əvvəl toyda olublar. Gecəni qalıblar, səhər yola çıxıblar. O toydan bir şəkil var, anamla ikisi. Axırıncı şəkil".

Müğənninin anası ilə qəzadan bir gün öncə toyda çəkdirdikləri həmin foto efirdə tamaşaçılara təqdim edilib:


Xəbərə aid fotolar