Şevçenko Rusiya klubuna keçən futbolçunu milliyə çağırmadı


İdman 05 Mar 2019 12:31:00 220 0

Şevçenko Rusiya klubuna keçən futbolçunu milliyə çağırmadı

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko Portuqaliya və Lüksemburq yığmaları ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlayıb.

Goal.az-ın məlumatına görə, Ukrayna Futbol Federasiyasının rəsmi saytında dərc olunmuş siyahıda Donetsk Shakhtar-undan Rusiya Zenit-inə transfer olunmuş Yaroslav Rakitski yer almayıb.

Daha əvvəl Şevçenko məsələ ilə bağlı açıqlamanı martın əvvəllərində verəcəyini bildirib: "Mən özüm üçün qərar vermişəm. Amma rəsmən martda açıqlayacağam".

Qeyd edək ki, Ukrayna yığması Portuqaliya ilə martın 22-də, Lüksemburqla isə martın 25-də qarşılaşacaq. Yaroslav Rakitski Zenit-lə 2022-ci ilin yayınadək müqavilə bağlayıb.