Nazirlik: 450 mindən çox işçinin əmək haqları orta hesabla 30 faiz artıb


Digərləri 05 Mar 2019 12:31:00 199 0

Nazirlik: 450 mindən çox işçinin əmək haqları orta hesabla 30 faiz artıb

Nazirlər Kabineti minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar əməkhaqlarının tənzimlənməsi üçün bir sıra qərarlar qəbul edib

Bakı. Prezident İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamı ilə mart ayının 1-dən minimum aylıq əməkhaqqı 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Bununla əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu il 28 fevral tarixli 68 nömrəli qərarda dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli (VTC) ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyən edilib. 19 dərəcədən ibarət VTC üzrə əməyin ödənilməsinin birinci dərəcəsindən başlayaraq minimum əmək haqqı 180 manata çatdırılmaqla, bütün dərəcələr üzrə əmək haqqının artımı özünü göstərir.