General Şəkinski qaynını bağışladı


Digərləri 05 Mar 2019 12:24:00 224 0

General Şəkinski qaynını bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət sərhədini qanunsuz keçmə, sənədləri saxtalaşdırmaqda və oğurluqda təqsirləndirilən Yusub Fərid Rəhim oğlunun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə şahidlər ifadə verib.

Şaban Hüseynov deyib ki, bu iş üzrə təqsirləndirilən Pənah Dadaşovu Gürcüstana aparıb: "Yusub Fəridi isə tanımıram".

Digər şahidlər də ifadə verərək bundan öncəki məhkəmə üzrə məkhum olunduqlarını bildiriblər və əlavə ediblər ki, Gülnarə Şəkinskayaya uşaqlarını ölkədən çıxarmaqda kömək ediblər.

Daha sonra zərərçəkmiş E.Şəkinskinin vəkili çıxış edərək müvəkkilinin şikayətçi olmadığını, Fərid Yusubu bağışladığını bildirib. Hakim deyib ki, zərərçəkmiş bununla bağlı növbəti prosesdə məhkəməyə yazılı ərizə təqdim etməlidir. Proses martın 15-də davam etdiriləcək.

Təqsirləndirilən F. Yusub Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.