Sosial sahədə UNICEF ilə əməkdaşlıq genişləndiriləcək (FOTO)


Digərləri 05 Mar 2019 12:24:00 186 0

Sosial sahədə UNICEF ilə əməkdaşlıq genişləndiriləcək (FOTO)

Sosial sahədə UNICEF ilə əməkdaşlıq genişləndiriləcək.

Bakı. Ölkəmizdə müvafiq kateqoriyalardan olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsi üzrə BMT-nin Uşaq Fondu (UNICEF) ilə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Birgə işlərin əhatə dairəsinin yeni islahat istiqamətləri, fəaliyyət sahələri, habelə övladlığagötürmə ilə bağlı təlimlər prosesi üzrə genişləndirilməsi məqsədəuyğun olar. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə keçirilən görüşdə bildirib. Nazir Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, ölkədə sosial xidmətlər sisteminin də təkmilləşdirildiyini deyib. S.Babayev bu istiqamətdə mühüm islahat tədbirlərinin reallaşdırılmasında, Sosial Xidmətlər Strategiyası layihəsinin hazırlanmasında UNICEF-lə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsindəki yeni “sosial iş modeli”nə uyğun qurulması məqsədilə institusional əsasların yaradılmasında birgə işlərin əhəmiyyətini diqqətə çatdırıb.