“Fanatlar Beylin ayağını öpməlidir” - agenti


İdman 05 Mar 2019 12:11:00 308 0

“Fanatlar Beylin ayağını öpməlidir” - agenti

Real-ın yarımmüdafiəçisi Qaret Beyl fanatların təhqirinə məruz qalıb.

Goal.az xəbər verir ki, futbolçunun agenti Conatan Barnet bu məsələyə reaksiya verib.

“İspaniyada oynadığı 6 il ərzində kifayət qədər uğur qazanıb. Beyl dünyanın ən yaxşı futbolçularındandır. Komandasının uğurları üçün əlindən gələni edib. Bunları nə tez unutdunuz? Fanatlar onun ayağını öpməlidir. Mətbuat nə deyir, desin, Beyl Real-da xoşbəxtdir. İspan dilini pis bilmir. Heç bir problemi yoxdur. Yayda klubdan ayrılmayacaq. Deyilənlər yalandır. “Kral klubu” onu buraxmayacaq”, - agent bildirib.