BDU 100 illik yubileylə bağlı rəsm müsabiqəsi elan edir


Digərləri 05 Mar 2019 12:17:00 192 0

BDU 100 illik yubileylə bağlı rəsm müsabiqəsi elan edir

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir.

Bakı. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir. Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər. Rəsm əsərlərinin məzmunu universitet həyatını əks etdirməlidir.