Gəncədə narkotik satan və alan şəxlər saxlanıldılar


Digərləri 05 Mar 2019 11:59:00 244 0

Gəncədə narkotik satan və alan şəxlər saxlanıldılar

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Taleh Həsənov saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 0,4 qram narkotik vasitə  olan "heroin" aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Həsənova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Turan Məmmədov olduğu müəyyən edilib.  Onun evinə baxış keçirilən zaman 27,3 qram narkotik vasitə olan "heroin" aşkar olunaraq götürülüb.