Borussia 18 yaşlı futbolçunu 100 milyona satır


İdman 05 Mar 2019 11:33:00 244 0

Borussia 18 yaşlı futbolçunu 100 milyona satır

Dortmund Borussia-sının yarımmüdafiəçisi Ceydon Sanço yayda klubdan ayrıla bilər.

Goal.az xəbər verir ki, 18 yaşlı futbolçu PSG-nin diqqətini çəkib. Həmçinin Manchester United, RealBarcelona Sançonu heyətə gətirməyi planlaşdırır. Avropa “nəhənglərinin” marağını nəzərə alan Borussia futbolçusuna 100 milyon funt (116 milyon avro) qiymət qoyub.

Yarımmüdafiəçi indiki klubuna 2017-də Manchester City-dən transfer olunub. Cari mövsüm Bundesliqada 24 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.