Şəkidə 52 yaşlı kişi itkin düşüb


Digərləri 05 Mar 2019 11:33:00 215 0

Şəkidə 52 yaşlı kişi itkin düşüb

1967-ci il təvəllüdlü Şəki rayonu Cumakənd sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.

Bakı. 1967-ci il təvəllüdlü Şəki rayonu Cumakənd sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, evdən çıxanda əynində qara rəngli palto və şalvar, göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə olub. Boyu 167 sm, arıq bədən quruluşludur.