Məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək


Digərləri 05 Mar 2019 11:29:00 206 0

Məcburi köçkünlər üçün tibbi aksiya keçiriləcək

Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə martın 7-də Tərtər rayonunda tibbi aksiya keçiriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, Rayon Mərkəzi Xəstəxanasında təşkil ediləcək tibbi aksiyada akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının briqadası iştirak edəcək.

Vətəndaşlar yüksək ixtisaslı tibb heyəti tərəfindən ödənişsiz əsaslarla müayinə olunacaq. 

Bu cür tibbi aksiyaların respublika ərazisində məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.