Azərbaycanda dostlar meşədə 2 bacını zorladılar, qardaşlarını döydülər


Digərləri 05 Mar 2019 10:51:12 230 0

Azərbaycanda dostlar meşədə 2 bacını zorladılar, qardaşlarını döydülər

Zorlamada təqsirli bilinən Gədəbəy rayon sakini, 1995-ci il təvəllüdlü Eldar Məmmədov, onun dostları və həmyaşıdları Samir Bağırov, Faiq Ağayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Eldar Məmmədov 27 sentyabr 2015-ci ildə, saat 11 radələrində Gədəbəy rayonunun Novosaratovka kəndinin ərazisindəki bazarda əvvəllər tanıdığı Samir Bağırov ilə rastlaşıb.

Bazarda görüşdülər, içki məclisi qurdular

Həmin vaxt Eldar Məmmədov görüşərək sonuncunu Çobankənd kəndində yerləşən evinə dəvət edib. Samir də Eldarın dəvətini qəbul edib və birlikdə Samirgilə gedib.

Onlar bir yerdə evdə nahar edib, spirtli içki qəbul ediblər. Sonra saat 16 radələrində Eldar rayonun Şahdağ kəndində yaşayan tanışı Faiq Ağayevə zəng edib, ona dostunun qonaq gəldiyini deyib, birlikdə yeyib-içməyi təklif edib.

Faiq Ağayev onun təklifini qəbul etdikdən sonra elə həmin gün axşam saatlarında Çobankənd kəndi ilə İnəkboğan kəndinin arasındakı meşəlik ərazidə "Arı bulağı" adlanan yerdə görüşməyə razılaşıblar.

Meşə yolunda qonaqlıq və iki qadın

Həmin gün saat 19 radələrində Eldar və Samir "Arı bulağı" adlanan yerdə Faiqlə görüşüb. Onlar orada torpaq yolun kənarında yemək yeyib, spirtli içki qəbul ediblər.

Saat 20 radələrində onlar əvvəllər tanımadıqları İnəkboğan kənd sakinləri - Səidə və Məlahətin meşə yolu ilə Saratovka kəndi istiqamətində getdiklərini görüblər, bu zaman Eldar onları səsləyib.

Qadınlarla cinsi əlaqə tələbi

Hər üçü Səidə və Məlahətə yaxınlaşıb və cinsi əlaqədə olmağı təklif ediblər. Hər iki qadın onların bu təklifinə qəti etirazlarını bildirib və yollarına davam etmək istəyiblər.

Bu zaman Eldarla Faiq öz cinayətkar niyyətlərini həyata keçirmək və hər iki qadına qarşı zor tətbiq etməklə, onlarla cinsi əlaqədə olmaq niyyətinə düşüblər.

Bu məqsədlə Eldarla Faiq Səidəyə yaxınlaşıblar. Onlar qadını tutaraq cinsi əlaqədə olmaq istəklərini həyata keçirməkdə israrlı olduqlarını bildiriblər.

"Sən mənliksən" dedi, hücuma keçdi

Həmin vaxt Samir Məlahətə yaxınlaşaraq "sən mənliksən" deyib və onun üzərinə hücum edib. Samir qadını yerə yıxaraq, zorla cinsi əlaqədə olub. Həmin vaxt Məlahətə bədən xəsarətləri də yetirib.

Sonra ayağa qalxan Samir digər dostlarının hələ də bir qadınla çırpışdıqlarını, niyyətlərini həyata keçirə bilmədiklərini görüb. Onlara yaxınlaşaraq "bir qızın öhdəsindən də gələ bilmirsiz" deyərək hər iki dostuna irad tutub.

Meşədə dostların qız davası

Sonra o, Səidənin sifətinə yumruqla bir zərbə endirib, ona xəsarət yetirib. Həmin vaxt Səidə aldığı xəsarətlərdən huşunu itirib.

Bunu görən Eldar Samirə "sən mənim qızımı vura bilirsən, mən səninkini vura bilmirəm?" deyib və Məlahətə yaxınlaşıb. O, Səidənin sifətinə yumruqla bir zərbə vurub və sonra digər dostlarının yanına qayıdıb.

Bacılarının arxasınca gələn qardaşa amansızlıq