Allahşükür Paşazadə: Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır


Digərləri 05 Mar 2019 10:50:00 170 0

Allahşükür Paşazadə: Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır

Azərbaycanda miili və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib

Bakı. İlhamə İsabalayeva - 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işgal olunmuş, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.