Sabirabad və İsmayıllıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək


Digərləri 05 Mar 2019 08:23:00 237 0

Sabirabad və İsmayıllıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək

Fevral ayından etibarən "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Son.az-a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar mart ayının 5-də Sabirabad rayonun Qəzli kəndinin, Qruzma bələdiyyəsinin inzibati binasında keçiriləcək. Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərinin sakinləri də səyyar satışdan yararlana biləcək.

Digər səyyar satışlar mart ayının 7-də isə İsmayıllı rayonun Qubaxəlilli kəndinin, İcra nümayəndəliyinin binası keçiriləcək. Bu rayona ən yaxın kəndlər olan Qubaxəlilli, Gəraybəyli, Xəlilli, Külümlü, Zərnava, Kəlbənd, Kütmaşı və digər ətraf kəndlərin sakinləri səyyar satışdan yararlana biləcəklər.