“Xiaomi Mi 9”un hamısı 53 saniyəyə satılıb


Digərləri 05 Mar 2019 08:25:00 241 0

“Xiaomi Mi 9”un hamısı 53 saniyəyə satılıb

Bu gün Çində "Xiaomi Mi 9" smartfonlarının satışına başlanılıb.

Son.az insider.az-a istinadən bildirir ki, buna qədər hətta bir onlayn mağazada bu telefonun alışına olan təklif 1 mln.u keçib.

"Mi 9"un ilk partiyasının alışı üçün isə cəmi 53 saniyə kifayət edib. Belə ki, heç 1 dəqiqə çəkməyən satış zamanı ilkin mərhələdə şirkət tərəfindən təqim olunan smartfonların hamısı satılıb.