Onlayn yemək çatdırma servisləri “Uber”dən daha islahatçıdır?


Digərləri 05 Mar 2019 08:15:00 245 0

Onlayn yemək çatdırma servisləri “Uber”dən daha islahatçıdır?

Dünyada qida məhsullarının çatdırılması üzrə iri şirkətlərdən biri olan "Meituan Dianping"-in həmtəsisçisi Van Sinq "həyatı hamı üçün daha yaxşı etməyə" çalışır. Bu barədə Honkonq birjasında IPO zamanı kapitallaşması 53 milyard dollardan ibarət olan "Meituan" plan-prospektində bildirilib.

Son.az insider.az-a istinadən bildirir ki, bu şirkət milyonlarla insanın qida vərdişlərini dəyişir.

"Uber" taksi servisi əsas islahatçı hesab edilir, amma qida çatdırılması servisləri də eyni dərəcədə öncül ola bilərlər. Özü üçün yemək hazırlamağa nə vaxtı, nə də həvəsi olmayan milyonlarla insana yemək daşıyan motosiklet və velosipedlər şəhər küçələrində şütüyür. "Uber" qida çatdırılması üzrə rəqiblərdən biri hesab edilən "Deliveroo" ilə əməkdaşlıq edərək Avropanın və Asiyanın inkişaf edən bazarının böyük hissəsini qazanmağa ümid edir.

Qida çatdırılması taksi ilə sərnişin daşımadan çətin deyil. Yemək daşıma nə "Deliveroo", nə də "Uber Eats" və ya "Meituan" tərəfindən icad edilməyib. Sadəcə yemək daşıması deyil, eləcə də masaj və kosmetik prosedurlar üçün mütəxəssisin motosikletlə gətirilməsi artıq mədəni inqilabdır.

Sifarişlərin çatdırılması üçün baza tariflərinin azaldılmasından narazı olan "Uber Eats" servisinin sürücüləri şirkətin şərqi Londonda yerləşən ofisi qarşısında etiraz aksiyası keçiriblər. Platformalar sürücüləri əməkdaş kimi deyil, özünüməşğulluq podratçıları hesab edirlər, bu səbəbdən də şərtləri asanlıqla dəyişə bilirlər.

Fevral ayında məhkəmədə sabiq sürücüsünün əmək hüququnun müdafiəsinə dair ittihamla üzləşən Amerikanın qida çatdırma üzrə "GrubHub" platforması məhkəmədə qalib olmuşdu. Şirkət sürücünün fəaliyyətinə zəif nəzarət etməklə işverən olmadığını sübut etdi. Belə ki, sürücünün uniforma geyindiyini, avtomobilini yoxlamırdı.

Onlayn yemək çatdırma servislərinin strategiyası qidanı mümkün qədər ucuz təklif etməklə məhdudlaşmır. Qida çatdırlması ilə məşğul olan şirkətlər qazancı istehlakçıları evdə yemək bişirilməsindən imtina etməyə inandırmaqla da əldə edirlər.

UBS investisiya bankı tətbiq vasitəsilə nahar və şam yeməyi sifariş edən istehlakçıları əvvəllər geyimi özü tikən, indi isə hazır geyimlər alan insanlarla müqayisə edirlər. Ötən əsrdə inkişaf etmiş ölkələrdə bir çox ailələr özləri üçün geyim tikirdilər, daha sonra isə "çatdırılma zənciri yarandı və kütləvi istehlak formalaşdı". Ev kulinariyasının da aqibəti eyni ola bilər.