Ən populyar kiberhücum metodu hansı olub?


Digərləri 05 Mar 2019 07:41:00 213 0

Ən populyar kiberhücum metodu hansı olub?

İnformasiya təhlükəsizliyinin təmini üçün "Trend Micro" həllər istehsalçısı 2018-ci ildə kibertəhdidlərlə bağlı vəziyyətə həsr edilən tədqiqat dərc edib.

Son.az ICTnews-a istinadən bildirir ki, hesabat dövründə zərərli internet ünvanlarından istifadə olunaraq edilən, lakin qarşısı alınan hücumların sayı 2017-ci illə müqayisədə 269 faiz artıb. Unikal İP ünvanına malik istifadəçilərin fişinq saytına keçid üçün bloklanmış cəhdlərinin sayında isə 82 faiz artım qeydə alınıb.

Bundan başqa, cinayətkarlar işgüzar yazışmaları ələ keçirməkdə davam edirlər. Sosial mühəndislik metodlarından istifadə edən, tanış vizual tərtibat və məktub konteksti yaradan hakerlər təhlükəsizlik sistemini dəf edərək istifadəçiləri aldatmağa nail olurlar. Belə ki, 2018-ci il ərzində belə hücumlarda 28 faiz artım müşahidə edilib.