Qualcomm QCA6390 çipi hazırlanıb
Digərləri 05 Mar 2019 08:01:00 214 0
"Qualcomm Technologies" şirkəti bu günlərdə İspaniyanın Barselona şəhərində keçirilən "Mobile World Congress (MWC) 2019" sərgisi çərçivəsində "QCA6390" qabaqcıl simsiz rabitə çipini təqdim edib. Son.az ICTnews-a istinadən bildirir ki, çip ən müasir simsiz şəbəkələrin dəstəyini təmin edir. Söhbət ilk növbədə "Wi-Fi 6" və ya "802.11ax" standartından gedir. Yeni çip "802.11ac Wave-2" standartı ilə müqayisədə buraxılış qabiliyyətini nəzəri baxımdan iki dəfə artıracaq. Belə ki, məlumatların ən yüksək ötürülmə sürəti 1,8 Qbit/saniyə təşkil edəcək.
Məlumata görə, həll qeyd edilən "802.11ac Wave-2", eləcə də "802.11a/b/g" standartları ilə uyğunluq təşkil edir. Bundan başqa, 2,4 QHs və 5 QHs diapazonlarında iş dəstəklənir.
Həmçinin çip "Bluetooth 5.1" kontrollerinə malikdir. Bu standart yaxınlaşdırma və geolokasiya funksiyaları üçün yeni dəqiqlik səviyyəsini təmin edir. Qurğulara həm siqnal mənbəyinədək olan məsafə, həm də istiqamət barədə məlumat veriləcək.
Mənbə: milli.az