Turizm sahəsində ixtisaslaşan tələbələrin görüşü keçirilib VİDEO FOTO


Digərləri 05 Mar 2019 08:03:00 358 0

Turizm sahəsində ixtisaslaşan tələbələrin görüşü keçirilib  VİDEO  FOTO

"Tourism Students Meetup" layihəsi reallaşıb və tələbələrin böyük marağı ilə keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, layihə Azərbaycanda turizm sahəsində ixtisaslaşan tələbələr üçün iri həcmdə keçirilən ilk və tək platformadır.

Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyasının (Tourism Lab.) təqdimatı keçirildi. Turizm Labaratoriyasının nəzdində fəaliyyətə başlayan "Tourism Students Meetup" layihəsinin koordinatoru Fatimə Əliyeva açılış nitqini söylədi. Daha sonra "Tourism Lab." şirkətinin rəhbəri Həvva Səfərova Azərbaycanda turizm sahəsinin inkişafı üçün əməkdaşlığın vacib olduğunu vurğuladı. Həmçinin, tələbələr üçün təlim-tədris xidməti göstərən AHA-nın (Azerbaijan Hospitality Academy) təqdimatı keçirilib. AHA-nın rəhbəri Nərmin Əlisoy çıxışında qeyd etdi ki, turizm sahəsində oxuyan tələbələr və gələcək karyerasını bu sahədə görən şəxsləri turizm mütəxəssisləri ilə mütamadi görüşlərini təşkil edəcəyik.

"Tourism Students Meetup" platformasının çıxışçıları:

Rövşən Nəcəfov - Təlimçi, "İnsan Mühəndisliyi" proqramının rəhbəri;

Samir Əliyev - İaşə şöbəsinin müdiri, "Boulevard Hotel Autograph Colletion"

Kamil Dadaşov - Art director, "Mauve Hospitality"

Nadir Fərəcov - Biznes İnkişaf Direktoru, "Mondo Travel"

Jalə Ələkbərova - Travel Blogger