Britaniyada kollecdə bıcaqla hücum edən 5 nəfər saxlanılıb


Dünya 05 Mar 2019 08:08:00 253 0

Britaniyada kollecdə bıcaqla hücum edən 5 nəfər saxlanılıb

Böyük Britaniyanın Lankaşir qraflığının polisi Ranşo kollecində bıcaqla hücumdan sonra 5 nəfəri saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Leyland şəhər polisin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, kollec əməkdaşlarından biri bıcaqlı hücumun hazırlanması ilə bağlı anonim mesajın daxil olmasından sonra saat 10:40-da hüquq-mühafizə orqanlarını çağırıb.