Populyar brauzer vasitəsilə istifadəçi məlumatları oğurlanıb


Digərləri 05 Mar 2019 07:21:00 211 0

Populyar brauzer vasitəsilə istifadəçi məlumatları oğurlanıb

"Google Chrome" brauzerinin mühafizəsində mövcud olan boşluq cinayətkarlara istifadəçi məlumatlarını oğurlamağa imkan verib. "Sıfır günü" (Zero Day) boşluğu "EdgeSpot" təşkilatının əməkdaşları tərəfindən aşkarlanıb.

Son.az ICTnews-a istinadən bildirir ki, problem PDF faylları ilə işin xüsusiyyətləri ilə əlaqədardır. Məlum olub ki, bu formatlı sənədlər kənar istifadəçilərə qurbanın qurğusu haqqında məlumatlar ötürür. Bunun üçün onları brauzerdə açmaq kifayət edir.

Məlumata görə, mütəxəssislər tərəfindən bu səhvdən istifadə edən iki hücum qeydə alınıb. Hücumlarda cinayətkarlar lokal baxış boşluğundan istifadə edən iki PDF fayldan yararlanıblar. Sonuncu kampaniya cinayətkarlar tərəfindən 2018-ci ilin payızında işə salınıb.