“Mənim Universitetim - 100 il” layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub (FOTO)


Digərləri 05 Mar 2019 02:19:44 215 0

“Mənim Universitetim - 100 il” layihəsi 182 və 162  saylı orta məktəblərdə təqdim olunub (FOTO)

Tədbir Bakı Dövlət Universitetinin həyatını əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.

Bakı. Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayonunda yerləşən 182 və Səbail rayonunda yerləşən 162 saylı orta məktəblərdə təşkil olunub. Universitetdən Trend-ə verilən məlumata görə, adıçəkilən məktəbin direktorları Zinət Tağıyeva və Sevinc Abbasova 100 yaşlı Bakı Dövlət Universitetinin tarixi və inkişaf yolu barədə danışıblar. BDU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov isə universitetin təhsili və tələbə həyatı barədə məlumat verib. Tədbirdə iştirak edən tələbələr şagirdlərlə həmsöhbət olub, onların universitetlə bağlı çoxsaylı suallarını cavablandırıblar.