BDU-nun 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib (FOTO)


Digərləri 05 Mar 2019 00:13:14 233 0

BDU-nun 100 illiyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, yarışmaya respublikanın müxtəlif universitetlərini təmsil edən 300 nəfərdən artıq tələbədən ibarət 51 komanda qatılıb. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionat üç turdan ibarət olub gərgin mübarizə şəraitində keçib.