Alimlər qaranlıqda görmə texnologiyası icad ediblər


Digərləri 04 Mar 2019 23:59:00 285 0

Alimlər qaranlıqda görmə texnologiyası icad ediblər

Çin alimləri infraqırmızı diapazonda insanın qaranlıqda görməsini təmin edən texnologiya icad ediblər. Yeni texnologiya gecə görmə cihazlarını effektini verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni cihazdan istifadə etmək üçün kiçik nanohissəciklərin nazik təbəqəsini gözün retinasına yerləşdirmək və fotoreseptorların adətən görmə spektrinin arxasında yerləşən infraqırmızı şüalanmaya reaksiyasını təmin etmək kifayətdir.

Çinin Elmi Texniki Universitetinin alimlərinin hazırladıqları bu texnologiya siçanlar üzərində uğurla sınaqdan çıxarılıb və onun insan gözü üçün də eyni effekti verəcəyi ehtimal olunur.

Görünməyən infraqırmızı şüaları qəbul etməyə qadir olan siçanların gözləri preparatın yerləşdirilməsindən sonra bir neçə həftə ərzində bu effekti qoruyub saxlaya bilıb. Bununla yanaşı, onların görmə qabiliyyətində heç bir kənar effekt müşahidə olunmayıb.

Doğrudur, qaranlıqda görməni təmin edən yeganə üsul nanohissəciklərin birbaşa gözün retinasına daxil edilməsidir. Lakin alimlər istisna etmirlər ki, gələcəkdə bu üsulu dəyişdirə biləcəklər və gözə sadəcə damcı salmaqla həmin effektə nail olacaqlar.

Bizim gözümüzdə yerləşən retina dəqiqliyi ilə əks istiqamətdə işləyir: ona düşən işıq elektrik sinqallarına çevrilərək beyində inikas olunur. Bütün bu prosesləri daxili qişada yerləşən fotoreseptorlar - çubuqlar və konuslar adlanan təbəqələr yerinə yetirir.