Günəş fəallığı çox aşağı səviyyədə qalacaq


Digərləri 04 Mar 2019 23:20:00 214 0

Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası martın 4-nə olan kosmik hava durumunu açıqlayıb.

Son.az xəbər verir ki, Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) müşahidə edilməyib.

2 MeV-dən çox enerjili elektron seli yüksək səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.