Həftəsonu doyunca yatmaq yuxusuzluq problemini...


Digərləri 04 Mar 2019 23:05:00 291 0

Həftəsonu doyunca yatmaq yuxusuzluq problemini...

Gərgin iş və həyat tərzi nəticəsində çox insan həftə ərzində lazımi qədər yata bilmir və bu yuxusuzluğun əvəzini həftəsonu doyunca yatmaqla çıxmağa çalışır. Alimlər yeni tədqiqatlar nəticəsində sübuta yetiriblər ki, həftəsonu doyunca yatmaqla həftə ərzindəki yuxusuzluğu aradan qaldırmaq mümkün deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə araşdırma "Current Biology" elmi jurnalında dərc edilib. Bir qrup amerikalı alimin 36 könüllü üzərində bir neçə həftəlik elmi təcrübəsi nəticəsində məlum olub ki, həftəsonu doyunca yatmaqla həftə ərzindəki yuxusuzluğun əvəzini çıxmağa çalışmaq heç də uğurlu strategiya deyil. Xroniki yuxu çatışmazlığı orqanizmdə maddələr mübadiləsini pozur, qan-damar sisteminə mənfi təsir edir, müxtəlif xəstəliklər riskini artırır.

Alimlər empirik tədqiqat zamanı könüllüləri üç qrupa ayıraraq, onların gündəlik yuxu saatlarını yuxu laboratoriyasında müşahidə ediblər. İlk qrupdakı şəxslərə həftənin hər günü doqquz saat yatmağa icazə verilib, ikinci qrupdakı şəxslər həftənin hər günü yalnız beş saat yatmalı olublar, üçüncü qrupdakı şəxslərə isə həftəiçi yalnız beş saat, həftəsonu isə istədikləri qədər yatmaq imkanı verilib. Alimlər, eyni zamanda, elmi araşdırmada iştirak edən şəxslərin qidalanma tərzini və orqanizmin insulin həssaslığını da diqqətdə saxlayıblar.