Məşhur cütlüyün romantikadan uzaq tanışlıq hekayəsi: "Dərhal qışqırdım ki, onlar mənimdir..."


Digərləri 04 Mar 2019 22:53:00 256 0

Məşhur cütlüyün romantikadan uzaq tanışlıq hekayəsi: "Dərhal qışqırdım ki, onlar mənimdir..."

Müğənni Keti Perri nişanlısı, aktyor Orlando Blumla tanış olma hekayəsini danışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "American İdol" şousunda qonaq olan ifaçı tanışlıqlarının "Qızıl Qlobus-2016"dan sonra başladığını deyib. Üstəlik, bu tanışlıq heç də romantik olmayıb:

"Gecədən sonra burger yeməyə getdim. Sevgilimlə də orada tanış oldum. Biz hər ikimiz "Qızıl Qlobus"da olsaq da, birlikdə deyildik. Mühafizəçimə dedim ki, 10 burger alsın. Stolda gözləyərkən Orlando mənim sifariş verdiyim burgerləri götürüb. Dərhal qışqırdım ki, onlar mənimdir. Sonra nə baş verdiyini isə tarix göstərdi".